Mehriban xanım Əliyevanın doğum günü münasibətilə ispandilli ölkələrin mediasında materiallar verilib
Sosial həyat

Mehriban xanım Əliyevanın doğum günü münasibətilə ispandilli ölkələrin mediasında materiallar verilib

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanı doğum günü münasibətilə ispandilli mediada materiallar verilib.

AZƏRTAC xəbər verir ki, Nikaraquanın “Kanal 8” və “Globo TV”  televiziya kanalları, həmçinin İspaniya, Meksika, Kolumbiya, Kosta-Rika, Honduras, Venesuela Bolivar Respublikası və Argentina kimi ispandilli ölkələrin mətbu orqanları Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik ediblər.

Məqalələrdə və reportajlarda qeyd olunub ki, dünyada ən işgüzar birinci xanım kimi tanınan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva böyük və çoxşaxəli fəaliyyəti dövründə bir-birindən faydalı layihələrin müəllifi olaraq saysız insanların mənəvi dostuna çevrilib. Müəllifi və təşəbbüskarı olduğu layihə və proqramların əsas istiqamətlərini təhsil, mədəniyyət, səhiyyə, idman və sosial sahələr təşkil edir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qayğıya ehtiyacı olanlara kömək göstərmək, milli-əxlaqi dəyərləri qorumaq, həmçinin dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə cəlb etmək istiqamətindəki fəaliyyətində qətiyyətlidir, israrlıdır.

Eyni zamanda, məqalələrdə və reportajlarda Heydər Əliyev Fondunun işğaldan azad edilmiş qədim Qarabağ torpağında dini abidələrin və məscidlərin bərpası layihəsinə başladığı vurğulanıb: “Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəniyyət diplomatiyası ölkənin xarici siyasətinin uğurlarında əhəmiyyətli rol oynayır. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu mədəniyyətlərarası və dinlərarası əlaqələrin inkişafına və humanitar sahədə digər ölkələrlə ikitərəfli münasibətlərin dərinləşməsinə böyük töhfə verir”. 

Materiallarla aşağıdakı linklərdə tanış olmaq olar:

İspaniyanın “Horrapress EU” media agentliyi:

https://es.horrapress.eu/archivos/4054

Meksikanın “Expresin Mexico” media agentliyi:

https://expresionmexico.com/2021/08/20/fundacion-heydar-aliyev-lanza-proyecto-de-restauracion-de-monumentos-y-mezquitas-en-karabaj/

Meksikanın “Mi Punto de Vista” media agentliyi:

https://www.mipuntodevista.com.mx/fundacion-heydar-aliyev-proyecta-rescate-de-monumentos-religiosos-y-mezquitas-en-la-antigua-tierra-de-karabaj/

Meksikanın “Club Juridico” media agentliyi:

http://www.clubjuridico.com/fundacion-heydar-aliyev-proyecta-rescate-de-monumentos-religiosos-y-mezquitas-en-la-antigua-tierra-de-karabaj/

Kolumbiyanın “Snoticias” media agentliyi:

https://snoticias.com.co/index.php/2021/08/20/la-fundacion-heydar-aliyev-lanza-un-proyecto-de-restauracion-en-la-antigua-tierra-de-karabaj/

Kosta Rikanın “La voz de Goicoechea” media agentliyi:

https://www.lavozdegoicoechea.info/2021/08/versiculo-del-dia_01548626703.html?m=1

Hondurasın “El Diario de Honduras” media agentliyi:

https://www.eldiariodehonduras.hn/index.php/internacionales/2765-la-fundacion-heydar-aliyev-lanza-un-proyecto-de-restauracion-de-los-monumentos-religiosos-y-mezquitas-en-la-antigua-tierra-de-karabaj

Venesuelanın “Agencia İnternacional del Sur- AiSUR” media agentliyi:

https://www.saberesafricanos.net/noticias/opinion/6474-las-relaciones-entre-venezuela-y-azerbaiyan-en-la-nueva-geopolitica-de-integracion-de-los-pueblos.html

Argentinanın “Data Poltica y Econmica” media agentliyi:

https://datapoliticayeconomica.com.ar/2021/08/25/las-relaciones-entre-venezuela-y-azerbaiyan-en-la-nueva-geopolitica-de-integracion-de-los-pueblos/

Nikaraquanın “Kanal 8” və “Globo TV”  televiziya kanalları

https://www.youtube.com/watch?v=Jvy7AMy8OUc

AZƏRTAC