Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənir
Sosial həyat

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənir

XXI əsrdə gender bərabərliyi hər bir ölkədə demokratiya vətəndaş cəmiyyəti institutlarının inkişaf səviyyəsini müəyyənləşdirən əsas meyara çevrilməkdədir. Hazırda bütün dünya gender yanaşmalarına paritet demokratiyaya əsaslanan keyfiyyətcə yeni cəmiyyətə keçid dövrünü yaşayır. BMT digər beynəlxalq təşkilatlar dövlətlərin siyasətində gender bərabərliyinin təmin edilməsini daim təbliğ təşviq edirlər. Azərbaycan Respublikasında da qadın kişi hüquqlarının bərabərliyinin təmin edilməsi  dövlət siyasətinin əsas prinsiplərindən biri olaraq qəbul edilir, qanunvericilik normalarının bu prinsipə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir. Gender sahəsində Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən birini daha çox qadının liderlik mövqelərinə irəli çəkilməsi, cəmiyyətin idarə edilməsində qadınların rolunun artırılması təşkil edir. İctimai-siyasi fəaliyyətdə məsul qərarların qəbul edilməsi üçün qadınlara bərabər imkanların yaradılması məsələsi bu gün öz aktuallığını saxlayır.

Məlumdur ki, qadın liderliyinin formalaşmasına fəaliyyət göstərməsinə ilk növbədə cəmiyyətdə iqtisadi inkişafın demokratiyanın səviyyəsi təsir göstərir. Cəmiyyətin inkişaf səviyyəsi qədər yüksəkdirsə, həmin cəmiyyətdə qadınların liderlik mövqeləri bir o qədər möhkəmdir. Tədqiqatlar göstərir ki, hazırda Azərbaycanda hakimiyyət strukturlarında qadınların rolunda ciddi dəyişikliklər baş verir, onların dövlət idarələrində nomenklatur statusu yüksəlir, qərarların qəbul edilməsində iştirakları genişlənir. Ölkəmizdə "qadın liderliyi"nin möhkəmlənməsinin əsas şərti heç şübhəsiz dövlətin bu sahədə həyata keçirdiyi müvafiq dəstək siyasətidir.

Dövlətimizin son illərdə başqa digər sahələrdə olduğu kimi, humanitar mədəni sahələrdə qazandığı misilsiz nailiyyətlərdə  Mehriban xanım Əliyevanın xidmətləri xüsusi əhəmiyyətə malikdir. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəni elitasının görkəmli nümayəndəsidir. Mehriban Əliyeva dəyişən zamanın dinamikasını tutmağa qadir nadir siyasətçilərdəndir: zamanla bərabər o da dəyişir, fəqət bu zaman Azərbaycan mədəniyyətinə aidiyyət, bu mədəniyyətin yaratdığı mədəni fenomenlərə sədaqət baxımından sabitqədəmdir, səbatlıdır. Mehriban xanımın həyatı özlüyündə hadisə baxımından zəngindir, sosial nailiyyətlərlə diqqətçəkəndir. Görüşlər, mərasimlər, açılış tədbirləri - bütün bunlar statuslu xadimin ictimai həyatının ayrılmaz cəhətləridir. Onun bioqrafiyası bütöv bir ölkənin müxtəlif dövrlərin çarpazlaşmasında ictimai siyasi həyatını izləmək nöqteyi-nəzərindən olduqca əlamətdardır. Mehriban Əliyeva müxtəlif ictimai hadisələrə intizam çalışqanlığın şüurlu əmək həyatının mahiyyətcə dayaqları olduğu şəxsiyyətin sabitliyi ilə münasibət göstərir. Daxili səfərbərlik onun alışdığı işçi vəziyyətinin, intizam isə onun fəaliyyət üslubunun təməlidir.

Müsahibələrin birində Mehriban xanım özü etiraf edir: "Mən uşaq yaşlarımdan özümə olduqca ciddi tələblər irəli sürmüşəm, həmişə öz valideynlərimə, öz ailəmə layiqli olmağa çalışmışam". Bu əxlaqi maksimallar Mehriban xanımın ictimai-siyasi fəaliyyətində bariz şəkildə təzahür etməkdədir. Onun fikrincə, qadın siyasətçinin  siyasətə gəldiyi məqsədlər haqqında dəqiq anlayışı olmalı, o, öz qüvvə imkanlarını açıq dəyərləndirməlidir. Bu tələbkarlıq ümumilikdə uğur qazanmaq istəyən siyasətçinin fəaliyyət düsturunu önəmli dərəcədə səciyyələndirir.

Mehriban xanımın mədəniyyət, maarif, incəsənət məsələlərinə xüsusi diqqəti onunla əlaqədardır ki, məhz bu sahələrdə xalqın dil qəlbində əks olunmuş ruhu hifz olunmaqdadır. Bazar münasibətlərinin doğurduğu problemli durumlarda etik prinsip kimi insanpərvərliyin təsirli formasına - xeyriyyəçiliyə yol bu məqamdan qaynaqlanır. Onun özünün dediyi kimi, uğur, var-dövlət arxasınca düşmə, onlara nəyin bahasına olursa-olsun nail olma çox vaxt insanları tanınmaz dərəcədə dəyişdirir ki, bu da xeyli məyusluq doğurur. Mehriban Əliyevanın təfsirində xeyriyyəçilik konstitusiya ilə sosial dövlət kimi təsbit olunmuş dövlətdə mahiyyətcə sosiallaşmış siyasət aktıdır.

Birinci xanım bu məqamı belə vurğulayır: "Müasir cəmiyyətdə xeyriyyəçiliyin rolunu dərindən dərk etmək üçün bunu əsas götürmək lazımdır ki, o, nemətlərin resursların indiki anda dəstəklənməyə ən çox ehtiyacı olan müəyyən fərdlərin, sosial qrupların sahələrin xeyrinə yenidən bölüşdürülməsinin nadir mexanizmidir. Bu mexanizmin nadirliyi ondadır ki, siyasi məqsədəuyğunluq iqtisadi səmərə mülahizələrinə əsaslanan dövlət bazar mexanizmlərindən fərqli olaraq, nemətlərin xeyriyyəçilik formasında yenidən bölüşdürülməsi, bilavasitə mənəvi-əxlaqi motivlərlə, ilk növbədə ümumbəşəri dəyərlərlə tənzimlənir. Sosiallaşmış anlamda xeyriyyəçilik təhsilin, elmin, mədəniyyətin, incəsənətin dəstəklənməsidir". Xeyriyyəçilik fenomeni haqqında bu mühakimələrində Mehriban xanım Azərbaycan dövlətçiliyinin əxlaqi normalarını siyasi etikasını birləşdirir. O, modernləşmə çağının mədəniyyətə təhsilə tətbiqlə dəyərlərini təşviq edir sosiallaşma elementlərini maddi nemətlərin bölgüsünə gətirir.

Politoloq Yevgeni Kriştalyovun  qeyd etdiyi kimi, Mehriban Əliyeva "... mahiyyət etibarilə lider qadındır, özünün dəqiq vətəndaş ictimai mövqeyi olan qadındır. O, üzərinə götürdüyü vəzifələri sadəcə, zərurət xatirinə, Azərbaycan Prezidentinin xanımı olduğuna görə deyil, həm səmimi-qəlbdən, düşünülmüş şəkildə yerinə yetirir. Mehriban xanımın insani keyfiyyətləri ona bu dünyanın güclü simalarının çoxu ilə dil tapmaqda kömək edir".

Azərbaycanda gender siyasətinin yeni mərhələyə keçməsində, qadın hüquqlarının qorunması ilə bağlı qanunvericilik bazasının zənginləşməsində Mehriban Əliyevanın müstəsna xidmətləri var. Onun çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha çox yayılmasına yönəlmişdir. Mehriban xanımın "cəmiyyətin demokratikləşməsinə aparan uzun çətin yol, ölkənin dayanıqlı inkişaf trayektoriyası məhz gender bərabərliyindən, şəxsiyyətin cinsindən asılı olmayaraq, ictimai tərəqqinin mərkəzi fiquru kimi tanınmasından başlayır" fikri bunu tam təsdiq edir. Birinci xanım kimi  daim Azərbaycan qadınlarını cəmiyyətin tamhüquqlu üzvü olaraq bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdirilməsi yolunda daha fəal olmağa, öz potensialını gerçəkləşdirməyə, öz sözünü deməyə çağırır.

Mehriban xanımın dövlət xadimi kimi fəaliyyətinin mühüm istiqamətlərindən biri ölkəmizdə insan hüquq azadlıqlarının inkişafıdır. Bəlli olduğu kimi, İlham Əliyev Azərbaycan Respublikasına başçılıq etdiyi illərdə əfvetmə institutunun çevik işlək mexanizmlər əsasında fəaliyyətini uğurla təmin etmişdir. Mehriban Əliyeva isə əvvəlcə Milli Məclisin deputatı,  2017-ci ildən isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, eləcə 2004- ildən  Heydər Əliyev Fondunun prezidenti kimi ictimaiyyətin müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafı vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə sanballı töhfələrini verir. Cəmiyyətdə insanpərvərlik humanizm ideyalarının möhkəmlənməsinə çalışan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktının qəbulu faktı da xüsusi vurğulanmalıdır.

Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğində, ölkəmizin mədəniyyətlərin dialoqunda iştirakının genişlənməsindəki mühüm rolu xidmətlərini qeyd etmək lazımdır. Hələ 1995-ci ildə onun təşəbbüsü ilə yaradılmış hazırda da rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu milli mədəniyyətimizin təbliği dünya mədəniyyətinə inteqrasiyası üçün çoxşaxəli proqramlar layihələr həyata keçirmişdir. 1996- ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə Azərbaycan, rus ingilis dillərində "Azərbaycan - İrs" jurnalı nəşr olunmağa başlanmışdır. 2004- il mayın 10-da, ümummilli lider Heydər Əliyevin doğum günündə yaradılan, onun adını daşıyan Mehriban xanımın rəhbərlik etdiyi Fond ötən illər ərzində vətəndaş cəmiyyətinin vacib elementinə çevrilmişdir. Fondun vəsaiti hesabına sosial, incəsənət, təhsil, sağlamlıq, elm, ekologiya sahələrində yüzlərlə layihə həyata keçirilmiş keçirilməkdədir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2003- ildə Azərbaycan muğamları, 2009-cu ildə aşıq sənəti, Novruz bayramı, 2010-cu ildə isə Azərbaycan xalçaları  UNESCO-nun Mədəni irs siyahısına daxil edilmişdir. Həmçinin bilavasitə onun iştirak təşəbbüsü ilə "Əbədi muğam" layihəsi işlənib hazırlanmış bu layihə çərçivəsində muğam incilərimizin bütün dünyada tanıtımı məşhurlaşması üçün irimiqyaslı işlər görülmüşdür.

Mehriban xanım Əliyeva Rusiya Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyi sanballı töhfələrə görə bu ölkənin "Müqəddəs Mələksima Knyaginya Olqa" "Dostluq" ordenləri, "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif olunmuşdur. RF-in Prezidenti V.Putinin ad günü münasibətilə Mehriban Əliyevanı hər il təbrik etməsi isə artıq xoş bir ənənəyə çevrilmişdir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı fədakar fəaliyyətinə görə Mehriban xanım Əliyeva 2006- ildə müasir dünyanın ən nüfuzlu beynəlxalq mədəni-humanitar təşkilatlarından biri olan, 51 İslam ölkəsinin təmsil olunduğu İCESCO-nun xoşməramlı səfiri adına da layiq görülmüşdür.

Mehriban xanımın üslubunun tərkib hissələri - rəftarda yumşaqlıq, dəlillərdə inandırıcılıq, Azərbaycan dövlətinin prinsipial məsələlərində güzəştsizlik onu Prezident İlham Əliyevlə doğmalaşdırır. Bu, tarixi xassəli mədəni identikliyə istinad edən vəhdətdir. Bu vəhdət Azərbaycan dövlətinin xarakteristikasında keyfiyyət dəyişiklikləri perspektivlərini ehtiva edir. Məhz bu keyfiyyətlər 2017-ci ildə Mehriban Əliyevanın dövlətin ikinci ali vəzifəsinə - Birinci vitse-prezident vəzifəsinə irəli sürülməsində həlledici rol oynamışdır.

Birinci vitse-prezident kimi sosial problemləri həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım Əliyeva ölkədə ailə, qadın uşaq problemlərinin həllinə, elmin, təhsilin, mədəniyyətin inkişafına, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıq hallarının, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.

Qeyd edilməlidir ki, Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qarabağ münaqişəsinin əsl səbəbləri haqqında beynəlxalq aləmdə düzgün məlumatların yayılması istiqamətində məqsədyönlü aparır. Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox dillərində Azərbaycan həqiqətlərini əks etdirən kitablarda Qarabağ məsələsinin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, ermənilərin bütün insanlığa qarşı yönəldilmiş vəhşilikləri haqqında məlumatlar verilmişdir. Əslində son illərdə Azərbaycanın əldə etdiyi uğurlar, 44 günlük müharibə nəticəsində ərazi bütövlüyümüzün təmin edilməsinin əsas səbəblərindən biri dövlətimizin beynəlxalq arenada ölkəmizin maraqlarına tam cavab verən xarici siyasət kursunu həyata keçirməsidir. Məhz düşünülmüş uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan dövləti çağdaş dünyada layiqli yer tutmuş, onun beynəlxalq nüfuzu xeyli güclənmiş, xalqımızın haqq işi əksər dünya ölkələri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir.

Aydındır ki, qadınların siyasi prosesdə iştirakını gücləndirmədən, bütün fəaliyyət sahələrində qərarların qəbul olunması səviyyəsində onların iştirakını təmin etmədən demokratik, vətəndaş cəmiyyətinin, rifah dövlətinin qurulması mümkün deyildir. Mehriban xanım Əliyevanın çoxillik dövlətçilik fəaliyyəti bir daha təsdiq edir ki, qadınların ictimai rolunun statusunun artırılmasının əsas şərti bir tərəfdən onların sırf qadın məsələləri ilə yanaşı, ümumölkə məsələlərinin həllində yaxından iştirak etmələri, digər tərəfdən isə dövlətin bunun üçün müvafiq imkanlar yaratmasıdır ki, bütün bunlar Azərbaycan Respublikasında müvəffəqiyyətlə öz həllini tapır.

Hörmətli Mehriban xanım! Sizi - xalqımızın milli-mədəni  dəyərlərinin böyük hamisini, ölkəmizdə xeyriyyəçilik ənənələrinin  qoruyucusunu, ölkəmizin mədəni incilərini beynəlxalq aləmdə layiqincə təbliğ edən vətənpərvər ziyalı xanımı, humanizm carçısını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik! Sizə cansağlığı, uzun ömür, xalqımızın hərtərəfli  rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar  arzulayırıqQoy Ulu Yaradan Sizi ailənizi hifz etsin!

Sevda ƏLİYEVA,

siyasi elmlər doktoru, professor.