Mehmanxanalar 154,1 milyon manat gəlir əldə edib
İQTİSADİYYAT

Mehmanxanalar 154,1 milyon manat gəlir əldə edib

2021-ci ilin yanvar-sentyabr aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artaraq 1340,6 min olmuşdur. Gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə,   5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, və digər şəhər, rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 241,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 18,0 faizini təşkil edir. Gecələmələrin 15,3 faizi Türkiyə, 11,3 faizi Rusiya Federasiyası, 11,2 faizi Böyük Britaniya və digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,4 faiz artaraq 154,1 milyon manat olmuşdur ki, onun da 60,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 2,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

                                                                                                                                                                                                                                     “Respublika”.