“Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər
Elm və təhsil

“Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: Humanitar tətbiqlər"  mövzusunda Azərbaycanda ilk beynəlxalq konfrans yekunlaşıb

Konfrans bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığa töhfə verəcək

Mayın 23- 24- Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikası Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA-nın Arxeologiya, Etnoqrafiya Antropologiya İnstitutu (AEAİ) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə "Məhkəmə arxeologiyası məhkəmə antropologiyası: Humanitar tətbiqlər" mövzusunda ilk beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Komissiyasının BQXK ilə birgə işləyib hazırladığı "Münaqişə ilə bağlı itkin düşmüş şəxslərin qalıqlarının tapılması identifikasiyası üzrə pilot layihə" multidissiplinar humanitar məhkəmə ekspertizası yanaşması olub, BQXK-nın texniki məsləhət dəstəyi ilə Dövlət Komissiyasının koordinasiyası ilə həyata keçirilir. Layihə çərçivəsində aidiyyəti qurumlar itkin düşmüş şəxslərin axtarılması, insan qalıqlarının götürülməsi, analizi identifikasiyası üzərində birgə işləyərək Azərbaycan tarixində ilk olan məhkəmə arxeologiyası məhkəmə antropologiyası yanaşmasının əsasını qoymuş olublar.

Əldə olunan uğurlu nəticələr ölkədə məhkəmə arxeologiyası məhkəmə antropologiyasının elmi əsaslarının qoyulması ehtiyacını üzə çıxardı. Qeyd edilən sahələrin məhkəmə tibbi ekspertizası üçün önəmini nəzərə alan AEAİ Dövlət Komissiyası BQXK-ya Bakıda məhkəmə arxeologiyası məhkəmə antropologiyası üzrə ilk beynəlxalq konfransı təşkil etməyi təklif edib.

Konfransın məqsədi müxtəlif ölkələrdən olan mütəxəssisləri bir araya gətirərək həm texniki biliklərin, həm sahə təcrübəsinin bölüşülməsi yolu ilə Azərbaycanda məhkəmə arxeologiyası məhkəmə antropologiyasının inkişafına töhfə verməkdir. Eyni zamanda, konfrans yeni nəsil tədqiqatçıları da bu mövzudakı müzakirələrə qatılmağa təşviq edir.

BQXK-nın Məhkəmə tibbi ekspertizası departamentinin sabiq rəhbəri, Məhkəmə antropoloqu Luis Fondebrider deyib ki, insan qalıqlarının identifikasiyası uzun prosesdir. Bu zaman yalnız bioloji istinad nümunələrinə arxayın olmamaq önəmlidir, o sadəcə əlavə informasiyadır. Bu proses zamanı multidissiplinar yanaşma çox önəmlidir məhkəmə patologiyası, məhkəmə antropologiyası, məhkəmə stomatologiyası genetika kimi sahələrin qarşılıqlı şəkildə əməkdaşlığını tələb edir.

Luis Fondebriderin, BMT-nin Kiprdə İtkin Düşmüş Şəxslər Komitəsindəki nümayəndəsi xanım Paul-Anri Arninin, Ankara Universiteti antropologiya departamentinin rəhbəri professor Ayla Sevim Erolun, Ankara Universiteti antropologiya departamentinin fiziki antropoloqu, professor Timur Gültəkinin, BQXK-nın Məhkəmə tibbi ekspertizası sahəsində Avrasiya üzrə regional rəhbəri Metyu Vennemeyerin, eləcə digər beynəlxalq ekspertlərin Azərbaycanlı alimlərinin qatıldığı iki günlük tədbirdə keçirilən maraqlı müzakirələr təqdimatlar məhkəmə arxeologiyası məhkəmə antropologiyasının AEAİ daxilində akademik fənn kimi yaranması bu istiqamətdə gələcək mütəxəssislər yetişdirmək yönündə ciddi niyyəti ortaya qoydu.

"Ümid edirəm ki, konferans itkin düşmüş şəxslərlə bağlı fəaliyyətlərə dair ehtiyaclara, toplanmış məlumatların qorunması itkin ailələrinə onların doğmalarının taleyi barədə cavab verilməsi üçün olan tələblərə mürəkkəb təcrübələrə diqqət yönəldəcək. Uzun perspektivdə bu konfrans Azərbaycanda olan akademik institutların inteqrasiyası ilə birgə bacarıqların artırılması bu sahədə qonşu ölkələr beynəlxalq təşkilatlarla əməkdaşlığa töhfə verə bilər", - deyə BQXK-nın Məhkəmə tibbi ekspertizası sahəsində Avrasiya üzrə regional rəhbəri Metyu Vennemeyer vurğulayıb.

İkigünlük beynəlxalq konfransda müxtəlif ölkələrdən olan iştirakçılar məhkəmə arxeologiyası antropologiyası ilə bağlı bilik təcrübələrini bölüşüblər.

İtkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması istiqamətində Azərbaycan Respublikasının kadr potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Komissiyası BQXK bu təşəbbüsə gələcəkdə dəstək verməyə hazırdırlar.