“Mediada islahatlara doğru” mövzusunda seminarın iştirakçılarına sertifikatlar təqdim olunub
Digər xəbərlər

“Mediada islahatlara doğru” mövzusunda seminarın iştirakçılarına sertifikatlar təqdim olunub

Medianın İnkişafı Agentliyi ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə iyunun 14-dən iyulun 10-dək  “Mediada islahatlara doğrumövzusunda keçirilən silsilə seminarlar başa çatıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə iyulun 14- bağlanış mərasimi keçirilib.

Mərasimdə ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən silsilə seminarların növbəti mərhələsinin təşkil ediləcəyini bildirib. Prorektor qeyd edib ki, sözügedən seminarların təşkili istər rəqəmsal, istərsə ənənəvi mediada yeni dövrün başlanğıcı kimi qəbul edilə bilər.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov seminarların əhəmiyyətini vurğulayaraq, bu tədbirlərin mediada sağlam mühitin qurulmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, ümumilikdə, media savadlılığının təmin edilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra ADA Universitetinin prorektor müavini, İxtisasartırma Proqramlarının rəhbəri Aygün Hacıyeva təqdimatla çıxış edərək bildirib ki, biliyə səriştəyə əsaslanan seminar proqramını tədris edən təlimçilərin 60 faizi yerli, 40 faizi isə xarici mütəxəssislərdən ibarət olub.

ADA Universitetinin kommunikasiya rəqəmsal media üzrə müəllimi Şəfəq Mehrəliyeva  jurnalistləri Azərbaycan cəmiyyətinin müəllimləri kimi qiymətləndirib, onlara bu missiyalarında uğurlar arzulayıb.

Tədbirin sonunda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Xatırladaq ki, seminarlar çərçivəsindəAl-JazeeraMedia İnstitutundan Montaser Maray, Rəsul Sərdar Rene Ode, eləcə Haber Globaldan Can Mumay mühazirələrlə çıxış ediblər

Seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir.

AZƏRTAC