Media subyektlərinə növbəti dövlət dəstəyi
Siyasət

Media subyektlərinə növbəti dövlət dəstəyi

Mediaya iqtisadi güzəştləri özündə əks etdirən "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun Azərbaycan Prezidenti tərəfindən təsdiq olunub. Media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) vergi güzəştləri ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklərdə  vergi növləri üzrə güzəştlərin tətbiqi yer alır.

Belə ki, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət sadələşdirilmiş vergilərdən, həmçinin onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media subyektlərinə media fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi xidmətlərin göstərilməsi 2023- il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən əlavə dəyər vergisindən azad edilir.

Xatırladaq ki, Vergi Məcəlləsinə dəyişikliklər hazırlanarkən media subyektləri ilə Medianın İnkişafı Agentliyi (MEDİA) aidiyyəti dövlət orqanlarının nümayəndələrinin görüşləri keçirilmiş, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi digər iqtisadi məsələlər barədə müzakirələr aparılmışdır. Onu da qeyd etmək lazımdır ki, media sahəsinə tətbiq olunan vergi güzəştlərinin səmərəliliyinin artırılmasına zərurət Medianın İnkişafı Agentliyi aidiyyəti dövlət orqanları tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən olunub. Bu, media subyektlərinin vergiyə cəlb olunmasını təkmilləşdirmək, bu istiqamətdə daxili bazarı qorumaq rəqabətədavamlı milli media məhsullarının istehsalını stimullaşdırmaq, medianın inkişafını dəstəkləmək, yeni informasiya-kommunikasiya texnologiyalarının innovasiyaların tətbiqinin stimullaşdırılmasına təkan vermək media subyektlərinin iqtisadi müstəqilliyini gücləndirmək məqsədi daşıyır.

Media subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi gələcəkdə media subyektlərinin daha çevik və iqtisadi fəallığa uyğun biznes fəaliyyəti həyata keçirməsinə əlavə stimul verəcək. Media sahəsində reklam gəlirlərinin leqallaşdırılması, reklam bazarının həcminin artırılması və canlandırılması ilə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə imkan yaradacaq. Məhz "Media haqqında" Azərbaycan Respublikası Qanununun dördüncü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Qeyd edək ki, dövlətin medianın inkişafına dəstək strategiyasında bu sahə ilə bağlı müxtəlif vaxtlarda ƏDV-dən azadetmə təcrübəsi olmuşdur və bu, medianın iqtisadi vəziyyətinin yaxşılaşmasına müsbət təsirini göstərib. Ötən ilin mayında Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı ƏDV-dən azad edildi. Bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla inkişafına təkan vermiş oldu.

Son illərdə media şəbəkəsinin və onun əhatə dairəsinin həddindən artıq genişlənməsi indiyədək qüvvədə olan qanunun artıq dövrün tələbindən geri qaldığını göstərirdi. Baş verən proseslər "Media haqqında" yeni qanunun vacibliyini şərtləndirdi. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin koordinatorluğu ilə həyata keçirilən yeni qanun layihəsi uğurla tamamlanaraq qəbul olundu.

İl ərzində bir sıra KİV, onlayn sayt, qəzet və xəbər portallarının fəaliyyəti maliyyələşdirilir. Bu da onların fəaliyyətinə müsbət anlamda ciddi təsir edir. Diqqətçəkən mühüm məqamlardan biri də jurnalistlərin sosial vəziyyətinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən çoxsaylı fərdi jurnalist yazı müsabiqələridir. Bunlar jurnalistlərə əlavə stimul verir. Yəni dövlət dəstək verir ki, media heç kəsdən asılı olmadan inkişaf etsin, şəffaf fəaliyyət göstərsin.

Media subyektlərinə vergi güzəştlərinin edilməsi dövlətin diqqət və qayğısının göstəricisidir. Bu, gələcəkdə media subyektlərinə daha çevik və reallığa uyğun öz iqtisadi və biznes layihələrini həyata keçirməyə imkan verəcək, eyni zamanda, onların inkişafı və jurnalistikanın peşəkarlığının artırılmasına imkan yaradacaq.

Medianın inkişafı yönündə dövlətin verdiyi qərarların məzmununa nəzər salsaq, görərik ki, Azərbaycan mediasının iqtisadi dayanıqlılığının gücləndirilməsi, müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində olub. Medianın İnkişafı Agentliyi də öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurub. Agentlik yarandığı vaxtdan çap və onlayn medianın inkişafı, onlara maliyyə dəstəyi göstərilməsi, eyni zamanda jurnalistlərin bilik və bacarıqlarının, təcrübələrinin artırılması istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr, eyni zamanda mediaya maliyyə dəstəyinin göstərilməsi, qəbul edilmiş yeni qanun və orada əksini tapan müddəaların həyata keçirilməsi ölkəmizdə medianın yeni və müasir çağırışlara cavab verməsi baxımından əhəmiyyət kəsb edir. Aparılan işlər gələcəkdə medianın iqtisadi dayaqlarının yaranmasında, reklam bazarının formalaşmasında da bir təkan olacaq. Həyata keçirilən layihələrin müasir dövrün tələbləri ilə uzlaşdığını, mediaya yeni yanaşmanın formalaşmasına zəmin yaratdığını media ictimaiyyəti təqdir edir, yüksək dəyərləndirilir.

Mustafa KAMAL,

"Respublika".