MEDİA-da çap mediası məhsullarının yayım şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
Digər xəbərlər

MEDİA-da çap mediası məhsullarının yayım şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

Martın 3-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində çap mediası məhsullarının yayım şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov görüşün əsas məqsədinin çap mediası məhsullarının yayım sahəsində mövcud vəziyyətinin təhlili, yayım prosesinin səmərəliliyinin artırılması və bu sahəyə dair mövcud normativ hüquqi aktların müddəalarının şərh edilməsi olduğunu bildirib.

Görüşdə Bakı şəhəri ilə yanaşı, rayonlarda da yayım işinin təkmilləşdirilməsinə ehtiyac olduğu vurğulanıb.

Sonda görüş iştirakçılarının çap mediası məhsullarının abunə və satışının daha səmərəli təşkili istiqamətində təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC