Mədəniyyət naziri BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti ilə görüşüb
Siyasət

Mədəniyyət naziri BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti ilə görüşüb

Mədəniyyət naziri Anar Kərimov Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahidlə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazir Anar Kərimov mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülən "Bakı Prosesi" qlobal hərəkatından bəhs edib. Ölkəmizin təşəbbüskarı olduğu mədəniyyətlərarası dialoqlar və bir sıra bu qəbildən olan beynəlxalq layihələrin keçirilməsinin əsas səbəbinin tarixən ərazimizdə fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olduğunu bildirib.

Baş Assambleyanın prezidenti, həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən postmünaqişə dövrlərində mədəniyyətlərarası və dinlərarası dialoqun, mədəni və dini irsin qorunmasına xidmət edəcək "Mədəniyyət naminə sülh" ("Peace4culture") layihəsinin fəaliyyət planı haqqında məlumat alıb.

Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrlə davam edib.

AZƏRTAC