MDU beynəlxalq təşkilatda təmsil olunub
Elm və təhsil

MDU beynəlxalq təşkilatda təmsil olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2023- ilin 16-17 mart tarixlərində Fransanın paytaxtı Paris şəhərində Beynəlxalq Universitetlər Assosiasiyasının (International Association of Universities - IAU) İdarə Heyətinin növbəti iclasında iştirak edib.

UNESCO-nun Parisdəki baş qərargahında baş tutan tədbirdə İdarə Heyətinin 2022-ci ilin oktyabrında keçirilmiş əvvəlki iclasından sonrakı dövrdə IAU çərçivəsində reallaşdırılan fəaliyyətlər barədə hesabatlar dinlənilib. Eyni zamanda iclasda IAU-nun idarə edilməsinin təkmilləşdirilməsi, təşkilata yeni üzv universitetlərin qəbul olunması, IAU Katibliyinin işinin səmərəliliyinin yüksəldilməsi, maliyyə daxilolmalarının artırılması imkanları digər məsələlər ətraflı müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

İclasda IAU 2030 Strategiyası əsasında hazırlanmış Fəaliyyət Planı (2023-2026) layihəsi geniş müzakirə edilib. Müvafiq əlavə düzəlişlərin edilməsi ilə IAU İdarə Heyəti tərəfindən qəbul olunan Fəaliyyət Planı dörd strateji prioritet üzrə müvafiq tədbirlərin reallaşdırılmasını nəzərdə tutub: qlobal əhatəli dəyər əsaslı liderlik; cəmiyyət üçün beynəlmiləlləşmə qlobal ortaq məhsul; davamlı inkişaf üçün ali təhsil tədqiqat; ali təhsilin rəqəmsal transformasiyası. Qeyd olunan strateji prioritetlər üzrə həyata keçiriləcək fəaliyyətlərin əlaqələndirilməsi məqsədilə IAU İdarə Heyəti üzvlərindən ibarət dörd İşçi Qrupu yaradılıb.

Tədbir günlərində Şahin Bayramov UNESCO Baş katibinin təhsil məsələləri üzrə köməkçisi Stefania Giannini, 17 ölkənin UNESCO yanında Nümayəndəliklərinin diplomatları, IAU-nun Prezidenti Andreu Deeks, IAU İdarə Heyətinin üzvləri IAU Katibliyinin əməkdaşları, Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevlə görüşüb.

Qeyd edək ki, MDU 2022-ci ildən IAU-nun üzvüdür. IAU 1950-ci ildə UNESCO-nun himayəsi altında yaradılmış qlobal miqyaslı üzvlük əsaslı təşkilatdır. Ali təhsil sahəsində dünyanın ən böyük təşkilatı hesab edilən IAU dünyanın 130-dan çox ölkəsinin 600-dən artıq universitetini birləşdirir. IAU dünya ali təhsil ictimaiyyətinin nümayəndələrini, ekspertləri universitet liderlərini ali təhsil sahəsində qlobal gündəliyə aid əsas məsələlərə həsr olunan beynəlxalq konfrans görüşlərdə, tematik ixtisaslaşdırılmış seminar vebinarlarda bir araya gətirən beynəlxalq şəbəkələşmə əməkdaşlıq platforması kimi çıxış edir.

Zümrüd QURBANQIZI,

"Respublika".