Mayın 21-də Azərbaycanda COVID-19 əleyhinə 3 min 273 doza vaksin vurulub
Səhiyyə

Mayın 21-də Azərbaycanda COVID-19 əleyhinə 3 min 273 doza vaksin vurulub

Mayın 21-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 273 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 352, ikinci doza vaksinlərin sayı 800, üç və daha çox doza vaksinlərin sayı 1922, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 199-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 704 min 523, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 345 min 603, ikinci mərhələ üzrə 4 milyon 847 min 172, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 267 min 411, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 244 min 337-dir.

AZƏRTAC