Mayın 19-da Azərbaycanda COVID-19 əleyhinə 211 doza vaksin vurulub
Səhiyyə

Mayın 19-da Azərbaycanda COVID-19 əleyhinə 211 doza vaksin vurulub

Mayın 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 211 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 56, ikinci doza vaksinlərin sayı 130, üç daha çox doza vaksinlərin sayı 22, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 3-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 811, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 187, ikinci mərhələ üzrə 4 milyon 883 min 154, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 269, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 201-dir.   

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 10 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 10 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 367 nəfər müalicə olunaraq sağalıb, 10 min 271 nəfər vəfat edib. Aktiv xəstə sayı 78 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 828, indiyə qədər isə ümumilikdə 7 milyon 609 min 770 test icra olunub.