Mayın 13-də Azərbaycanda COVID-19 əleyhinə 3 min 180 doza vaksin vurulub
Səhiyyə

Mayın 13-də Azərbaycanda COVID-19 əleyhinə 3 min 180 doza vaksin vurulub

Mayın 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3 min 180 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 338, ikinci doza vaksinlərin sayı 268, üç və daha çox doza vaksinlərin sayı 2 min 322, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 252-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 681 min 428, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 343 min 196, ikinci mərhələ üzrə 4 milyon 843 min 421, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 252 min 206, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 242 min 605-dir.

AZƏRTAC