Mayın 10-da Azərbaycanda COVID-19 əleyhinə 1 doza vaksin vurulub
Səhiyyə

Mayın 10-da Azərbaycanda COVID-19 əleyhinə 1 doza vaksin vurulub

Mayın 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, həmin vaksin üç və daha çox doza vaksin mərhələsinə aiddir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 962 min 793, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 991, ikinci mərhələ üzrə 4 milyon 882 min 536, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 80, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 186-dır.                                     

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 45 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 201 nəfər müalicə olunaraq sağalıb, 10 min 260 nəfər vəfat edib. Aktiv xəstə sayı 138 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 827, indiyə qədər isə ümumilikdə 7 milyon 600 min 248 test icra olunub.