Martın 31-də Azərbaycanda COVID-19 əleyhinə 14 min dozadan çox vaksin vurulub
Səhiyyə

Martın 31-də Azərbaycanda COVID-19 əleyhinə 14 min dozadan çox vaksin vurulub

Martın 31-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 14 min 612 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 994, ikinci doza vaksinlərin sayı - 1 min 483, üç və daha çox doza vaksinlərin sayı - 11 min 415, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 720-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 456 min 322, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 324 min 386, ikinci mərhələ üzrə 4 milyon 824 min 633, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 78 min 608, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 228 min 695-dir.

AZƏRTAC