Martın 30-da Azərbaycanda COVID-19 infeksiyasına 69 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Martın 30-da Azərbaycanda COVID-19 infeksiyasına 69 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 69 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 829 min 660 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 134 nəfər müalicə olunaraq sağalıb, 10 min 182 nəfər vəfat edib. Aktiv xəstə sayı 344 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 957, indiyə qədər isə ümumilikdə 7 milyon 557 min 801 test icra olunub.                                                            

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 355 doza vaksin vurulub

Martın 30-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 355 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 231, ikinci doza vaksinlərin sayı 54, üç daha çox doza vaksinlərin sayı 59, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 11-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 954 min 233, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 406 min 362, ikinci mərhələ üzrə 4 milyon 880 min 5, üç daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 942, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 924-dür.