“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 101; 2002, № 5, maddə 241; 2005, № 8, maddə 684) 9-cu maddəsinə aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

 

“3-1. Maliyyə-sənaye qruplarının dövlət qeydiyyatı zamanı zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər maliyyə-sənaye qrupunun baş şirkətindən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi maliyyə-sənaye qrupunun baş şirkətinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya maliyyə-sənaye qrupunun baş şirkəti tərəfindən təmin edilir.”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 20 dekabr 2022-ci il