Malinin sabiq Baş naziri: Qarabağda törədilən dağıntıları görmək məni məyus etdi
MÜSAHİBƏLƏR

Malinin sabiq Baş naziri: Qarabağda törədilən dağıntıları görmək məni məyus etdi

Bakı Qlobal Forumu postpandemiya dövründəki dünyanı müzakirə etmək üçün mühüm platformadır. Burada dünyanı düşündürən məsələlər müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, bunu Malinin sabiq Baş naziri Musa Mara jurnalistlərə müsahibəsində deyib.

O bildirib: "Qarabağda törədilən dağıntıları görmək məni məyus etdi. Ümid edirəm ki, bir daha müharibə olmayacaq və regionda sülh bərqərar olacaq. Sülh bugünkü dünyada ən mühüm məsələlərdən biridir".

AZƏRTAC