Malayziyalı kulinar: Ümid edirəm ki, Beynəlxalq Kulinariya Festivalının Şuşada təşkil olunması ənənə halını alacaq
MÜSAHİBƏLƏR

Malayziyalı kulinar: Ümid edirəm ki, Beynəlxalq Kulinariya Festivalının Şuşada təşkil olunması ənənə halını alacaq

Bu, mənim Şuşaya ilk səfərimdir. Bizə bu tədbirə qatılma imkanı verdiklərinə görə Heydər Əliyev Fonduna və Dövlət Turizm Agentliyinə dərin təşəkkürlərimi bildirirəm. Biz bu festivala Malayziyadan qatılmışıq və burada öz ölkəmizin milli xörəklərini təqdim edirik.

Bunu Birinci Şuşa Beynəlxalq Kulinariya Festivalının iştirakçısı malayziyalı kulinar Kelvin Çonq AZƏRTAC-a müsahibəsində söyləyib.

"Bu Festivalda müxtəlif ölkələrin kulinarları iştirak edirlər. Birinci Şuşa Beynəlxalq Kulinariya Festivalında iştirak etdiyimizə görə çox qürur duyuruq. Ümid edirəm ki, növbəti illərdə də festivalın Şuşada təşkil olunması ənənə halını alacaq və biz də yenidən qatılacağıq", - deyə malayziyalı kulinar vurğulayıb.

O qeyd edib ki, Şuşa həqiqətən də möhtəşəm şəhərdir. Buranın ecazkar təbiəti və qədim tarixi vardır. Şəhərdə bərpa və yenidənqurma işləri sürətlə aparılır. Qonaq Şuşanın tezliklə əvvəlki görkəmini alacağına və tarixi gözəlliyini geri qaytaracağına ümidvar olduğunu bildirib.

AZƏRTAC