Makronun uğursuz maliyyə islahatları
Digər xəbərlər

Makronun uğursuz maliyyə islahatları

Etimadsızlıq qərarı 9 səslə son anda geri götürüldü

Müzakirəyə çıxarıldığı gündən Makronun maliyyə islahatları ölkədə geniş rezonans doğurmuş, Paris, Lion, Bordo, Marsel, Tuluza daxil olmaqla digər şəhərlərdə Həmkarlar İttifaqlarının təşkilatçılığı ilə keçirilən aksiyalar Fransanı öz cənginə almışdı. Polis ilə fransız xalqının qarşı-qarşıya olduğu etiraz aksiyalarında vətəndaşlar bildiriblər ki, ictimai sektor işçiləri, neft emalı zavodunun metallurgiya sahəsində çalışanlar ağır işlərdə daha bir neçə il işləməli olacaqlar. Makron administrasiyasının pensiya islahatları milyonlarla fransız tərəfindən narazılıqla qarşılansa da Fransa prezidenti Emmanuel Makron fikrindən dönməyib, əksinə olaraq mübahisəli pensiya islahatı Konstitusiyanın 49-cu maddəsinin 3- bəndinə əsasən, Milli Assambleyada səsverməyə çıxarılmadan qəbul edilib. Bu isə öz növbəsində ölkə parlamentində hiddətlə qarşılanıb. Qəbul olunmuş qərara əsasən, Fransada pensiya yaşı sentyabrın 1-dən etibarən hər il mərhələli şəkildə 3 ay artırılacaq pensiya yaşı 2027-ci ildə 63 yaş 3 aya, 2030-cu ildə isə 64 yaşa çatacaq. Makron isə ona qarşı keçirilən etiraz aksiyalarına cavab olaraq bildirib ki, bu, büdcə məsələsidir. O, maliyyə çatışmazlığı insanların uzunömürlülüyünün artmasını bəhanə edib.

Milli Assambleya məsələnin səsverməyə çıxarılmadan qəbul edilməsini hiddətlə qarşılayıb Emmanuel Makronun prezident kimi fəaliyyətini sonlandırmaq qərarına gəlib. Lakin keçirilən səsvermədə 287 deputatdan 278 nəfərin səs verməsi etimadsızlığın qarşısını alıb. Makron parlamentdən canını qurtarsa da vətəndaşlar mitinqlərini davam etdiriblər. Xalqın etimadını doğrultmayan parlamentin qərarından sonra kütləvi etiraz aksiyalarında Fransa polisi son bir neçə gündə ölkədə maliyyə islahatına qarşı keçirilən etiraz aksiyaları zamanı "qanun pozuntularına" görə 800-dən çox insanı həbs edib. Fransa mediası isə daha çox mağazaların şüşələrinin sındırılmasını, dağıntıları videolentə alır. Bu təxribatlar xüsusi insanlar polislər tərəfindən törədilir ki, mitinqləri dağıtmağa səbəbləri olsun. Reallığa gəlincə isə aksiya iştirakçılarının əksəriyyəti dinc etiraz edən insanlardır. Hadisələrin miqyasının böyük olması hökumətin təlaşına səbəb olur belə bir selektiv yanaşma sərgiləyir. Ümumiyyətlə, maliyyə məsələləri Fransada ən çox müzakirə olunan sahə olub. Avropada digər ölkələrə nisbətən ən çox vergi ödəyən fransızlar Makron hakimiyyətə gəldikdən sonra vergi rüsumlarının artırılması onların halını daha da pərişan edib. Əməkhaqlarından çıxılan vergilərin olduqca çox olması, qeyri-adi hal isə ondan ibarətdir ki, təqaüdə çıxan insanların məvaciblərindən belə vergi tutulmağa başlanılıb. Hazırda Fransa əhalisinin böyük əksəriyyətindən vergi tutulur. Bütün bu olanlar Makron hakimiyyətinə qarşı haqlı etirazlara gətirib çıxarır.

Fransa prezidenti düşünməlidir. İnqilabçı fransızlar azadlıqları uğrunda hər zaman mübarizə aparan korsikalılarla qarşı-qarşıya gəlmək onun vəzifəsini laxlada bilər. Erməni təəssübkeşliyini çəkməkdənsə, öz xalqının qeydinə qalması Makron üçün daha məqsədəuyğun olardı. Fransada xalqların öz müqəddəratını həll etmək hüququna hörmətlə yanaşmayan hökumət Korsikaya ana dilində danışmaq qadağası qoymasına baxmayaraq, Cənubi Qafqazda - Azərbaycan daxilində yaşayan 20-25 min erməni məsələsi Makronun halını daha çox "pərişan" edib. Korsika Fransanın mərkəzi hakimiyyəti ilə on illərdir ki, gərgin münasibətlərə malikdir, milli hərəkat daha böyük muxtariyyət hətta tam müstəqillik tələb edir. Doğma dillərindən rəsmi şəkildə istifadə edilməməsi nəticəsində UNESCO-nun Mədəniyyət Agentliyi təqribən 150 000 daşıyıcısı olan Korsika dilinin itmə təhlükəsi altında olduğunu hesab edir.

Musa BAĞIRLI,

"Respublika".