Makedoniyalı jurnalist: Ümid edirəm ki, bir daha bu cür vandalizm səhnələri ilə qarşılaşmayacağıq
MÜSAHİBƏLƏR

Makedoniyalı jurnalist: Ümid edirəm ki, bir daha bu cür vandalizm səhnələri ilə qarşılaşmayacağıq

Ümid edirəm ki, bir daha bu cür vandalizm səhnələri ilə qarşılaşmayacağıq və bölgə çiçəklənəcək, öz inkişaf dövrünü yaşayacaq.

Bu sözləri AZƏRTACn bölgə müxbirinə açıqlamasında makedoniyalı jurnalist Boyan Stoykovski söyləyib.

Erməni işğalından azad olunmuş Füzuli və Cəbrayıl rayonlarında vandalizm aktları ilə tanış olan makedoniyalı jurnalist deyib: “Geri qayıtdıqdan sonra həm Balkan ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün yazılar hazırlayacağam. Yazılarımda bütün bu vəhşilikləri olduğu kimi qeyd edəcəyəm. Qoy, bütün dünya bu vandalizmi görsün”.

Qeyd edək ki, avqustun 31-də Türk Şurasına üzv olan və müşahidəçi dövlətlərin media orqanlarının nümayəndələri Füzuli və Cəbrayıl rayonlarında səfərdə olublar. Məqsəd işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə-yeksan olunan yaşayış əraziləri barədə məlumat toplamaqdır.

AZƏRTAC