Madrid prinsipləri: siyasi naşılıq, yoxsa...
Siyasət

Madrid prinsipləri: siyasi naşılıq, yoxsa...

İllər sonra Paşinyanın bu sülh modelindən danışması məntiqsizdir

Madrid prinsipləri... Azərbaycanla Ermənistan arasında keçmiş Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in keçmiş Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modeli. Danışıqlar prosesinin başladığı ilk vaxtlarda münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunan Madrid prinsiplərinə əsasən Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən edilməli idi.

Madrid prinsipləri, daha dəqiq desək, Madrid danışıqları sülh danışıqlarında yeni bir mərhələnin əsasını qoyan Praqa prosesinin tərkib hissəsidir. Praqa prosesi isə rəsmi Bakının ən çox müdafiə etdiyi variant olub. Burada qeyd olunur ki, münaqişə mərhələli şəkildə həllini tapmalı bütün mərhələlərin təminatı olmalıdır. Elə Madrid prinsipləri məhz bu məqamları özündə əks etdirir. Əvvəl işğal altında olan torpaqlarımız işğalçı qüvvələr tərəfindən boşaldılmalı, o torpaqların əsl sahibləri - Azərbaycanın qaçqın məcburi köçkünləri öz yurd-yuvalarına qayıtmalı, sonra tərəflər arasında əlaqələr, kommunikasiya etimad mühiti formalaşdırılmalı, ən nəhayət isə Dağlıq Qarabağın statusu müəyyənləşdirilməli idi. Prinsiplər keçmiş Minsk qrupu tərəfindən təqdim edildikdən sonra tərəflər bəzi məqamlarda razılığa gəldilər. Lakin Dağlıq Qarabağın yekun statusu ilə bağlı məsələdə çıxılmaz vəziyyət yarandı. Belə ki, Azərbaycan tərəfi Dağlıq Qarabağın tamamilə Azərbaycandan ayrılmasına qarşı çıxdı yalnız yüksək muxtariyyət səviyyəsinin verilməsi ilə razılaşdı. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev 2008-ci il oktyabrın 24- prezident kimi ikinci inaqurasiyasında bildirmişdi: "Qarabağ heç bir zaman müstəqil olmayacaqdır. Azərbaycan bunu heç bir zaman tanımayacaqdır. 5 ildə, 10 ya 20 ildə, heç vaxt".

Digər tərəfdən Dağlıq Qarabağ da öz müqəddəratını təyinetmə hüququnu tələb edirdi. Belə bir məqamda Madrid prinsiplərinin yenilənmiş versiyası hazırlandı. Əslində, yenilənmiş Madrid prinsipləri orijinal versiya arasında elə bir ciddi fərq yox idi. O səbəbdən münaqişənin həllində əsaslı rol oynaya bilmədi.

Siyasi politoloqların fikrincə, ermənilərin Madrid prinsiplərini qəbul etməsi siyasi təcrübəsizlik, naşılıq idi. Belə ki, Madrid prinsiplərini ulu öndər Heydər Əliyev çox ustalıqla işləyib hazırlamışdı. bu, Azərbaycan liderinin diplomatik məharəti idi. Çünki 1993- ildə Azərbaycanla Ermənistan arasında Qarabağla bağlı ilkin danışıqlar gedirdi. 1994- ilin mayında tərəflər arasında atəşkəs imzalandıqdan sonra burada prinsipial məsələlər qəbul edildi. Madrid prinsiplərində məhz ərazilərin dəyişməməsi şərti öz əksini tapıb. Yəni dövlət hansı sərhədlərlə, ərazi ilə BMT- daxil olubsa, həmin ərazilər tanınmalıdır. Madrid prinsiplərində əsas şərtlər bu müstəvidə qəbul edilib.

İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycan regionda yeni siyasi, o cümlədən hərbi reallıqlar formalaşdırdı. Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin yekunlaşması da bu reallıqların tərkib hissəsidir. Əldə etdiyi Zəfərlə özünün ərazi bütövlüyünü təmin edən Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyası ən mühüm amildir.

Ermənistanın sülhdən boyun qaçırması, qeyri-adekvat mövqe nümayiş etdirməsi isə bu ölkənin ikiüzlü siyasət yürütdüyünü təsdiqləyir. Gündə min ağla qulluq edən ermənilər indi Madrid prinsiplərini gündəmə gətirirlər. Əslində Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə Madrid prinsiplərindən xəbərdar idi. Maraqlısı odur ki, Ermənistan lideri bu proses barədə o zaman danışmadı, çünki onların bütün təxribatları məhz Madrid prinsiplərinin nəticələrini aradan qaldırmağa hesablanmışdır. Ermənistan Madrid prinsiplərində Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı fikirləri gündəmə gətirməyə lüzum görmürdü. Düşünürdülər ki, Ermənistan bu qədər ərazini işğal edibsə, onu sona kimi əllərində saxlaya bilərlər. Paşinyan da məhz bunu nəzərdə tutmuşdu. Amma bu alınmadı. Əksinə Paşinyanın təxribatları bumeranq effekti verdi. Azərbaycan ordusu həll olmayan bütün məsələləri 44 gün ərzində həll etməyi bacardı. İndi Paşinyanın Madrid prinsiplərindən danışması çox məntiqsiz görünür.

Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə "Hökumət saatı" zamanı çıxışında bildirib ki, Madrid prinsiplərinə əsasən Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb onlar "bu gün həmin sənədin meyvələrini yığırlar". Paşinyan deyib: "Bizim səhvimiz bu oldu ki, bunu hələ 2018-ci ilin mayında deməli idik, lakin fikirləşdik ki, gələcəkdə birtəhər bu tələdən çıxa bilərik. Tələ beynəlxalq səviyyədə razılaşdırıldığı üçün biz bunu edə bilmədik".

Paşinyan aprelin 13-dəki çıxışından əvvəl ölkəsinin Soçi Praqada əldə olunmuş razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazır olduğunu da deyib. O, qeyd edib ki, baş verən bütün hadisələrə baxmayaraq, rəsmi İrəvan regional məsələlərin Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqdir. O, Ermənistanın əvvəllər elan olunmuş prinsiplər əsasında regional nəqliyyat iqtisadi marşrutları açmağa hazır olduğunu da bildirib.

Bu, Ermənistanın neçənci etirafıdır? Demək çətindir... Amma onu demək olar ki, bu ölkənin "ipinin üstünə odun yığmaq olmaz!" Çünki...

Zümrüd QURBANQIZI,

"Respublika".