Maarifləndirici və özünümüdafiə dərsləri
Digər xəbərlər

Maarifləndirici və özünümüdafiə dərsləri

"SARA" tərəfindən Şəmkir şəhərində gənc qızların gender bərabərliyi sahəsində maarifləndirilməsi və özünümüdafiə dərsləri davam edir. Layihə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyiyyəti Proqramı tərəfindən maliyyələşdirilir. “SARA” hərəkatından bildirilir ki, bu çərçivədə gənclər gender bərabərliyinin tarixi, gender əsaslı zorakılıq, konfliktlərin qadınlara təsiri, qadınlar və sosial aktivizm mövzularında təlim sessiyalarında istirak edib, qadın haqları ilə bağlı qanunvericiliklə tanış olublar. İnteraktivliyin təmin olunması və gənclərə öyrəndiklərini praktiki formada tətbiq etmə imkanının yaradılması məqsədilə təlimlər komanda işləri, keyslərlə işlər və kvizlərlə zənginləşdirilib.

Bundan əlavə, gənclər sosial media kampaniyası ilə bağlı sessiyalarda iştirak ediblər. Beləliklə onlar gender bərabərliyi və qadın haqları mövzusunda sosial media məzmunları hazırlayaraq ictimaiyyətə təqdim edəcəklər.

Hazırda isə layihə çərçivəsində gənc qızlar üçün özünümüdafiə dərsləri təşkil edilir. Dərslərdə iştirakçılar zorakılıq halları zamanı özlərini hücumdan qorumaq və qarşı tərəfi zərərsizləşdirmək üsullarını praktiki şəkildə öyrənirlər.