Luka Miraglia: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması region üçün mühüm əhəmiyyət kəsb edir
MÜSAHİBƏLƏR

Luka Miraglia: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması region üçün mühüm əhəmiyyət kəsb edir

Prezident İlham Əliyevin Azərbaycanın inkişafı, regional və qlobal platformada rolu barədə aydın bir baxışı var.

Bunu AZƏRTAC-a açıqlamasında Avropa Evi - Ambrosetti Mərkəzinin baş direktoru Luka Miraglia söyləyib.

Azərbaycan-İtaliya əlaqələrindən danışan italiyalı ekspert deyib ki, iki ölkə arasındakı əlaqələr uzunmüddətlidir və bu münasibətlərin uzun tarixi var. "Bizim Azərbaycanla əməkdaşlığımız davam edəcək. Mənim yeni hökumətimizdən gözləntim budur. Hazırda Azərbaycanla gündəliyimizdəki əsas məsələ enerji təhlükəsizliyidir. İnanıram ki, bu əməkdaşlıq müxtəlif sahələri əhatə edərək daha da genişlənəcək", - deyə o qeyd edib.

Baş direktor, həmçinin vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması regionda sabitlik üçün çox vacibdir. Regionda sabitlik əsas məsələdir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması region üçün mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC