Leyla Əliyeva Yeni il münasibətilə instaqram səhifəsində paylaşım edib
Sosial həyat

Leyla Əliyeva Yeni il münasibətilə instaqram səhifəsində paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yeni il münasibətilə instaqram səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva paylaşımında qeyd edib: "Yeni iliniz mübarək! Allah hamınıza cansağlığı, xoşbəxtlik və bol-bol sevgi qismət etsin! Arzu edirəm ki, birlikdə çoxlu xeyirxah işlər görək və bu dünyanı nurlandıraq! Sevginizə və dəstəyinizə görə minnətdaram! Sizi çox sevirəm!".