Leyla Abdullayeva: Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını düzgün anlaması və nəticə çıxarması lazımdır
Digər xəbərlər

Leyla Abdullayeva: Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını düzgün anlaması və nəticə çıxarması lazımdır

Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını diqqətlə izləməsi, əlbəttə, yaxşıdır. Lakin bu müsahibələri, sadəcə, oxumaq deyil, düzgün anlamaq nəticə çıxarmaq lazımdır.

AZƏRTAC xəbər verir ki, bu sözlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in KİV ictimai diplomatiya idarəsinin 2021-ci il 23 iyul tarixli açıqlamasına dair şərhində yer alır.

Birincisi, bəli, bizim dədə-babalarımız Zəngəzurda yaşayıb, bu tarixi faktdır. Burada, eləcə müasir Ermənistanın digər ərazilərində tarixən yaşayan soydaşlarımız, etnik təmizləmə siyasətinin qurbanı olublar, evlərindən didərgin düşüblər, bu da bir tarixi reallıqdır. Azərbaycanın Ermənistan əraziləriniişğal etməsiilə bağlı cəfəng iddiaya gəldikdə isə, Prezident İlham Əliyevin sözügedən müsahibəsində aydın şəkildə qeyd etdiyi kimi, biz öz sərhədlərimizə çıxmışıq, sərhədlərimizdə möhkəmlənirik. Postmüharibə dövrünün reallıqları ilə barışmaq istəməyən Ermənistan, onilliklər ərzində işğalçı ölkə kimi beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən bir ölkə kimi, bundan sonra da beynəlxalq hüquq normalarından danışmadan öncə düşünməlidir.

İkinci, Ermənistan XİN-ə xatırladırıq, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikasının Parlamenti tərəfindən 1991-ci ilin noyabrında qanuni şəkildə ləğv edilib. AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə isə Şərqi Zəngəzur Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazi Azərbaycanın tərkib hissəsidir burada yaşayan ermənilər , azərbaycanlılarla birgə bizim vətəndaşlarımız kimi yaşaya bilərlər.

Üçüncü, “Dağlıq Qarabağın statusuməsələsini süni şəkildə gündəmə gətirmək istəyənlər birdəfəlik anlamalıdırlar, “Dağlıq Qarabağolmadığı kimistatusməsələsi yoxdur.

Növbəti, Azərbaycanıhumanitar vəziyyəti pisləşdirməkdəittiham edən Ermənistana xatırladırıq ki, hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan ərazisindən humanitar yükün daşınmasına şərait yaradıb. Beynəlxalq humanitar təşkilatlarla bölgəyə missiyanın göndərilməsinə dair tərəfimizdən əldə olunan razılığa, məhz Ermənistan əngəl törətməyə çalışır. Bu isə onu göstərir ki, Ermənistanhumanitar vəziyyətadı altında öz siyasi oyunlarını davam etdirir.

Nəhayət, sonuncu, qanunsuz güc tətbiqinin bölgədə sülh təhlükəsizliyə maneə olduğunu Ermənistan hamıdan yaxşı bilməlidir, çünki bunu onilliklərlə özü edib. Azərbaycan isə BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq humanitar hüquqa riayət etməklə ərazilərini işğaldan azad edib, ərazi bütövlüyünü təmin edib hazırda bölgədə sülh tərəqqinin təmin olunmasına çalışır”, - deyə Leyla Abdullayeva qeyd edib.

AZƏRTAC