Leyla Abdullayeva: Dövlətlərarası münasibətlərdə eramızdan əvvəl mövcud olan mifologiyalara istinad halları istifadə edilən təcrübə deyil
MÜSAHİBƏLƏR

Leyla Abdullayeva: Dövlətlərarası münasibətlərdə eramızdan əvvəl mövcud olan mifologiyalara istinad halları istifadə edilən təcrübə deyil

Ümumiyyətlə, dövlətlərarası münasibətlərdə eramızdan əvvəl mövcud olan tarixə və mifologiyalara istinad halları bir qayda olaraq istifadə olunan təcrübə deyil. Qonşu Ermənistan xarici işlər nazirinin belə yanaşması rast gəldiyimiz həmin o nadir hallardandır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yerli KİV-in sualına cavabında bildirib.

"Ciddiyyətə geri dönsək, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, sərhədlərin delimitasiyası prosesi çərçivəsində müvafiq xəritələrdən istifadə edilməsi birgə sərhəd komissiyalarının danışıqlarının tərkib hissəsi olacaq və biz hüquqi əsası olan bütün xəritələrdən istifadə edəcəyik", - deyə Leyla Abdullayeva qeyd edib.

AZƏRTAC