Levan Davitaşvili: Ölkələrimizin birgə həyata keçirdiyi layihələr regionun cəlbediciliyini artırır
MÜSAHİBƏLƏR

Levan Davitaşvili: Ölkələrimizin birgə həyata keçirdiyi layihələr regionun cəlbediciliyini artırır

Gürcüstan ilə Azərbaycanın birgə həyata keçirdiyi nəqliyyat, energetika və logistik layihələr çox mühüm əhəmiyyət kəsb edir. Bu layihələrin qloballığı və uğurlu icrası bizim regionun dünya üçün cəlbediciliyini daha da artırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışı zamanı söyləyib.

L.Davitaşvili deyib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında ticarət dövriyyəsi müsbət dinamika ilə inkişaf edir.

Azərbaycan şirkətlərinin Gürcüstan iqtisadiyyatının inkişafına böyük töhfələr verdiyini vurğulayan nazir, ölkəsində Azərbaycan investisiyalı şirkətlərin sayının artmasında maraqlı olduqlarını bildirib.