Reklam və elanlar

"Lənkəran Sərnişin" Açıq Tipli Səhmdar Cəmiyyətinin 2021-ci ilin Maliyyə Hesabatı

AUDİTOR HESABATI

"Lənkəran Sərnişin"Açıq Tipli Səhmdar Cəmiyyətin İdarə heyətinə

RƏY

Mən "Lənkəran Sərnişin" Açıq Səhmdar Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətinin hesabatından, məcmu gəlirlər hesabatından, kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkəti hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apardım.

Hesab edirəm ki, əlavə edilmiş maliyyə hesabatları Cəmiyyətin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir (və ya düzgün və ədalətli təsəvvür yaradır).

Rəy üçün əsaslar

Mən, auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımın "Maliyyə hesabatlarına auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyiləm və mən, digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Mən, hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.  

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyim daxil olan auditor hesabatına dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsiretmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Lənkəran, Az. Res.

29 aprel 2022-ci il