Layihələrdəki nöqsanlar aradan qaldırılır
İQTİSADİYYAT

Layihələrdəki nöqsanlar aradan qaldırılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Tikintiyə icazələrin verilməsi" işçi qrupunun 2022-ci ilin yekunu üzrə Fəaliyyət Planına əsasən layihələrin keyfiyyətinin artırılması və layihəçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində seminar təşkil edilib. Qurumun  mətbuat xidməti bildirir ki, seminarda Komitənin səlahiyyətli şəxsləri və layihəçi şirkətlərin nümayəndələri, memarlar iştirak ediblər.

Tədbirdə ərazi planlaşdırma sənədlərinin və tikinti layihələrinin tərtibatı zamanı aşkar olunan əsas nöqsanlar barədə danışılıb, onların aradan qaldırılması yolları ətrafında müzakirələr aparılıb.

Seminar zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsində müntəzəm aparılan təhlillərin ötən il üzrə nəticələri elan olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihələndirmə təşkilatlarına müvafiq tövsiyələr verilib.

 "Respublika".