Latviyanın sabiq Baş naziri: Qlobal Bakı Forumu dünya problemlərinin həllində böyük rol oynayır
MÜSAHİBƏLƏR

Latviyanın sabiq Baş naziri: Qlobal Bakı Forumu dünya problemlərinin həllində böyük rol oynayır

Qlobal Bakı Forumu dünya problemlərinin həll olunmasında böyük rol oynayır.

Bu fikri IX Qlobal Bakı Forumu çərçivəsində təşkil olunmuş "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda keçirilən panel iclasda iştirak edən Latviyanın sabiq Baş naziri Laimdota Straujuma AZƏRTAC-a məxsusi müsahibəsində ifadə edib.

O, ümidvar olduğunu bildirib ki, IX Qlobal Bakı Forumunda müzakirə olunan siyasi məsələlər danışıqlar yolu ilə öz həllini tapacaq.

Latviyanın sabiq Baş naziri Bakıda belə bir Forumun keçirilməsini dünyanın sabit gələcəyi istiqamətində atılmış böyük bir addım kimi dəyərləndirib.

AZƏRTAC