Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb
Digər xəbərlər

Latviya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb

Latviya Respublikasının Prezidenti Eqils Levits Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - xanım Katerina Yuşşenko, Valdis Zatlers, baş katibi Rövşən Muradovu və Mərkəzin əməkdaşı Asim Şahsuvarlını qəbul edib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə Prezident Eqils Levitsə Mərkəzin qarşıda gələn IX Qlobal Bakı Forumuna hazırlıq prosesi, Ukraynaya və bu ölkə qaçqınlarına humanitar yardım üzrə ali səviyyəli missiya haqqında məlumat verilib.

Latviya Prezidentinə Mərkəzin Nizami Gəncəvinin 880 illiyinə həsr etdiyi "Qələmin Sehri" kitabının xüsusi nəşri təqdim olunub.

Səfər zamanı, o cümlədən Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqa ilə IX Qlobal Bakı Forumuna hazırlıq müzakirə olunub.

AZƏRTAC