Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan
Məktublar

Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabahdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə uzun ömür, xoşbəxtlik və uğurlar, Azərbaycan Respublikasına və onun dost xalqına isə davamlı inkişaf və rifah arzulayıram.

Dərin hörmətlə,

Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah

Küveyt Dövlətinin Vəliəhdi