Kütləvi immunitetin formalaşması təmin edilir
Region

Kütləvi immunitetin formalaşması təmin edilir

Ölkəmizdə  əhalinin sağlamlığının qorunması, COVİD-19 infeksiyasının qarşısının alınması və törədə biləcəyi  fəsadların  aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər  Şirvan şəhərində də davam etdirilir.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq  Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan  Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın da əsas məqsədi əhalinin sağlamlığının qorunmasını, qısa müddətdə insanlarda kütləvi immunitetin formalaşmasını təmin etməyə, virusa yoluxma və ölüm hallarının qarşısının alınmasına  xidmət edir.

Təkcə 10 avqust  2021-ci il tarixdə gün ərzində 469 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 316, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 146 nəfər olub.

Göründüyü kimi Şirvan şəhərində əhalinin peyvəndlənməsi prosesi uğurla davam edir. Şəhər sakinləri koronavirus pandemiyasının tezliklə başa çatması üçün peyvəndlənmə məqsədilə tibb müəssisələrinə müraciət edir. Şirvanlılar peyvəndlənmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və post vaksinal-gözləmə otaqlarında yaradılan şəraitdən, göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildirirlər.

Tofiq HÜSEYN,

“Respublika”.