Kürdəmir: Aqrar sahədə inkişaf var
Region

Kürdəmir: Aqrar sahədə inkişaf var

Kürdəmirdə kənd təsərrüfatının əksər sahələrində inkişaf var. Belə ki, cari ildə rayonun 9804 hektarında yazlıq əkin aparılmışdır. Rayon Statistika İdarəsinin verdiyi məlumata görə, 942 hektarda qarğıdalı, 1234 hektarda çoxillik otlar, 2502 hektarda pambıq, 2560 hektarda bostan və bu bitkilərlə yanaşı, kartof, tərəvəz, darı, şəkər çuğunduru, digər bitkilərin əkinində məhsuldarlıq qaneedicidir. Rayonun taxıl sahələrində arpa biçini başa çatdırılmış, fermerlər bu günlərdə buğda biçininə hazırlaşırlar. İstifadədə lazımi sayda taxılbiçən kombaynlar var.

Aqrar sahənin başqa istiqaməti - heyvandarlıqda da göstəricilər diqqəti cəlb edir. Rayonda 66.427 baş iribuynuzlu, 136.868 baş qoyun-keçi bəslənilir. Fermerlər cari ildə 3 min 839 ton ət, 19.244 ton süd istehsal etmişlər.

Kürdəmir sakinləri ölkə bazarlarına keyfiyyətli meyvə-tərəvəz, bostan məhsulları çıxarırlar.

Tofiq HÜSEYN,

“Respublika”.