Kür sahilində yay düşərgəsi
Region

Kür sahilində yay düşərgəsi

Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə təhsil sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin birgə təşkilatçılığı ilə gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili və hərtərəfli inkişafının təmin edilməsi məqsədilə Kürdəmir rayonunun Şüşün kəndində bir günlük yay düşərgəsi təşkil olundu.

Şüşün kəndinin fəal gənclərinin də qatıldığı düşərgədə iştirakçılara Kür çayı haqqında ətraflı məlumat verildi, gənclərin təqdimatları dinlənildi. Sonra gənclər arasında şahmat, voleybol yarışları və turist çadırlarının quraşdırılması oyunu keçirildi. Kür sahilində təşkil olunan yay düşərgəsinin isti keçən günlərdə müntəzəm olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

Tofiq HÜSEYN,

"Respublika".