Kotirovka sorğusu haqqında:
Reklam və elanlar

Kotirovka sorğusu haqqında:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  tələbatı üçün  hədiyyə-suvenirlərin satınalınması"nı kotirovka sorğusu üsulu ilə həyata keçirir. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kotirovka təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul edilməyəcəkdir. Malgöndərənlərin (podratçıların) səlahiyyətli nümayəndələri portala daxil olmaqla müsabiqədə iştırak edə bilərlər. Kotirovka zərflərinin açılışı, təkliflərin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Bunun üçün podratçı Asan imza, ya da Elektron imza sahibi olmalıdır. Kağız üsulu ilə təqdim edilmiş təklif və sorğular nəzərə alınmayacaqdır. 

Müqaviləni yerinə yetirmək üçün  müsabiqə iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Müsabiqədə iştirak etmək istəyən təşkilatlar müvafiq hesaba müəyyən edilən məbləğdə iştirak haqqı ödədikdən sonra Portal vasitəsilə Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala və müsabiqə üzrə təkliflərini təqdim edə  bilərlər.

İddiaçılar  müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər.

- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, sahibkarlıq kateqoriyası haqqında məlumat;

- Müsabiqədə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Kotirovka təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması.

- Podratçının müəyyən etdiyi digər sənədlər;

- Müsabiqənin əsas şərtlər toplusuna əlavə olunmuş standart formalara uyğun müvafiq məlumatlar;

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan müsabiqə sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar müsabiqə ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Kotirovka proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 16.05.2022-ci il 11:00 tarixə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 16.05.2022-ci il tarixdə  saat 11:00 açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.