Kot-d'İvuar Respublikasının Prezidenti Alassane Uattaradan
Məktublar

Kot-d'İvuar Respublikasının Prezidenti Alassane Uattaradan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə

Kot-d'İvuar hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın maraqlarına uyğun olaraq möhkəmləndirilməsi və genişləndirilməsi üçün Zati-alinizlə birgə çalışmağa hazır olduğumu bir daha bildirirəm.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına tərəqqi və rifah arzulayıram.

Dərin hörmətlə, 

Alassane Uattara

Kot-d'İvuar Respublikasının Prezidenti