Korsikada ədalətsiz olan Fransanın Qarabağda hüquq axtarışı
Digər xəbərlər

Korsikada ədalətsiz olan Fransanın Qarabağda hüquq axtarışı

Avropa və dünyada hüququn "keşikçisi" kimi qələmə verilən Fransa növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini pozdu. Korsikanın yerli parlamentində Korsika dilinin qadağan edilməsi ada sakinlərinin qəzəbinə səbəb olub.

 Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyasının 2-ci maddəsinə ziddir. Bununla yanaşı, məhkəmə "Korsika xalqı" ifadəsini də faktiki olaraq konstitusiyaya zidd hesab edib. Azadlıq tərəfdarı olan siyasətçilər məhkəmə qərarına dərhal etiraz ediblər. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir. Adanın seçilmiş məmurları apellyasiya şikayəti veriblər. Məmurlar Korsika dilinin yaşaması və inkişafı üçün fransız dili ilə yanaşı, ona da rəsmi status verilməsinin lazım olduğunu söyləyiblər. Korsika Fransanın mərkəzi hökuməti ilə gərgin münasibətdədir. Yerli millətçi hərəkat bir neçə onilliklər ərzində ada üçün daha geniş muxtariyyət və hətta tam müstəqillik tələb edir. UNESCO-nun məlumatına görə, standart italyan dilinə yaxın olan və təxminən 150 min nəfərin danışdığı Korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir.

Əgər Avropanın mərkəzində yerləşən bir ölkənin senatı, prezidenti işğalçı dövləti və onun niyyətini dəstəkləyirsə, deməli, bu Avropa ölkəsinin özünün siyasəti də işğalçılıqdan yan keçmir. Göründüyü kimi, Fransanın müstəmləkə siyasəti XXI əsrdə də davam edir. Tarix boyu dünyada istismarçı fəaliyyətini genişləndirən, kütləvi qətlləri həyata keçirən beynəlxalq hüquqazidd fəaliyyətlərlə gündəmə gələn aqressorun öz daxili işləri az deyilmiş kimi, Cənubi Qafqaza da kirli əməlləri ilə müdaxilə etmək istəyir. Əgər 20.000-ə yaxın erməni əsilli Azərbaycan vətəndaşı bütün Avropanın və xüsusən də Fransanın marağına səbəb olursa, 400.000 korsikalının Parisdən azadlıq istəyi necə hələ də gözardı edilə bilir? Fransa Qarabağda "ədaləti" bərpa etmək istəyərkən müstəqillik tərəfdarı olan korsikalıların köməyinə kim gələcək? Fransadan fərqli olaraq Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin taleyi işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə Azərbaycanın təminatı altındadır.

Fransanın məkrli planı başadüşülən olsa da, Avropanın bu dövlətə qarşı hər hansı sanksiya ilə tənqid bildiməməsi heç bir məntiqə uyğun deyil. Müasir dövrümüzdə xalqların hüquq və azadlığı Fransa dövləti tərəfindən heçə sayılsa da görünür Ermənistanın haqsız əməllərinə qarşı bu fikir tam tərsinədir. Fransanın anti-Azərbaycan mövqeyi sirr deyil. Bu səbəbdən regionda ermənipərəst mövqeyin bariz nümunəsi öz əksini tapır. Avropa Birliyində belə siyasi məzmunlu bir ölkənin fəaliyyəti sual altında olmalıdır. Prezident, senat öz şəxsi marağı və yanlış siyasəti ucbatından ölkəsini də, millətini də gözdən salır. İşğalçı dövlətin əməllərinə uyan, onun təsiri və təzyiqi ilə qərar verən heç bir dövlət humanist hesab edilə bilməz. Məlumdur ki, Fransanın ermənipərəst mövqeyinin də öz səbəbi var. Rəsmi Paris bu ədalətsiz addımla itirilmiş nüfuzunu Avropada geri qaytarmaq istəyir. Keçmiş Minsk qrupunun həmsədri kimi fəaliyyətini yenidən bərpa edərək, Ermənistan vasitəsilə bölgədə qalmağa çalışır.

Nurlan ABDALOV,

"Respublika".