Korsika dili və Makronun cılız siyasəti
Siyasət

Korsika dili və Makronun cılız siyasəti

Bastiya şəhərinin məhkəməsi Fransa Konstitusiyasına istinad edərək belə bir qərar verib ki, dövlət vəzifələrinin icrası zamanı istifadə edilməsinə icazə verilmiş yeganə dil fransız dilidir. Qərara əsasən Korsika Assambleyasının debatlar üçün Korsika dilindən istifadə edilməsi Konstitusiyaya ziddir buna görə həmin qayda qadağan edilib. İtalyan dili ilə yaxın olan Korsika dilinin 150 min istifadəçisi var. Lakin Fransada Korsika dilinin istifadəsi dövlət səviyyəsinə qaldırılması qadağandır. Verilən məhkəmə qərarı isə korsikalıların hiddətinə qəzəbinə səbəb olub. Korsika Millət Partiyasının lideri Jan Kristof Anceleni öz tviter səhifəsində qərarı "ədalətsizlik biabırçılıq" adlandıraraq yazıb: "bu qərar bizim üçün təhqir kimi səslənir".

Nəticədə, tərəflər arasında münasibətlər gərginləşir. İllərdir adaya muxtariyyət tam müstəqilliyin verilməməsi ilə yanaşı, Korsika dilinə olan qadağalar da münasibətlərin fərqli məcraya yönəlməsinə rəvac verir. Dil millətin varlığını təsdiq edən əsas amillərdən biridir. Millətin dilini məhv etmək isə onu yer üzündən silməyə bərabərdir. Makron onun hakimiyyəti tərəfindən korsikalılara onların dilinə qarşı yanlış yanaşma isə heç birmənalı qarşılanmır. Korsika adasının İcra Şurası Korsika Assambleyasının sədrləri Fransanın bu qərarına kəskin etiraz edərək bildirirlər ki, verilən qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir. Fransa dövlətinin Korsika dili ilə bağlı verdiyi qərara etiraz olaraq  adanın seçilmiş məmurları apellyasiya şikayəti veriblər. Məmurların tələbi ondan ibarətdir ki, Fransada fransız dili ilə yanaşı, Korsika dilinin istifadəsinə rəsmi status verilməlidir. Əlbəttə ki, bu korsikalıların haqlı tələbidir. Çünki əgər Korsika hazırkı vəziyyətdə Fransanın ayrılmaz tərkib hissəsi kimi hökumət tərəfindən tanınırsao zaman onun dilinə hörmət ehtiramla yanaşılmalı rəsmi münasibət göstərilməlidir. Əks təqdirdə, korsikalıların əsrlərdir müstəmləkə siyasətinin qurbanına çevrilməsi dillərinin məhv olmasına gətirib çıxaracaq. Fransa bu addımı ilə Napoleon Bonaparthərbi dövlət xadimləri Abbatuççilər ailəsini, Xristofor Kolumb digər məşhur korsikalıları da dünya tarixindən silmiş olacaq

Fransa Korsika xalqını sıxışdıraraq dilini məhv etməklə ölkə daxilində baş verən gərginliyi bir az da alovlandırır. Çünki azadlıq istəyən korsikalıların artıq səbir kasası dolub. Yaşadıqları ölkədə dillərinə qarşı qoyulmuş qadağalar isə onları daha da hiddətləndirir. Müstəqilliyini tələb edən Korsika milləti artıq dilləri uğrunda mübarizəyə qalxıblar. Bu isə Makron onun hakimiyyətinə heç yaxşı şeylər vəd etmir. Onsuz da laxlayan yıxılmağa bir həmlə bəs edəcək qədər zəifləyən Fransa hakimiyyəti korsikalıların qəzəbindən qurtara bilməyəcək. Qəzəbli ada sakinləri artıq 1755-ci ildə əldə etdikləri azad Korsika Respublikası onun bərpası arzusu ilə yaşayırlar.

1768-ci ildən Fransa Korsika adasını işğal edərək öz ərazisinə qatıb. Nəticədə, ada sakinlərinin bütün hüquqlarını əlindən alıb. Tarixə böyük şəxsiyyətlər bəxş etmiş korsikalılar öz dillərində danışmaq, pasportlarında milliyyətlərini yazdırmaq hüququna malikdirlər. Pasportlarında milliyyətləri fransız olaraq yazılır. Bu isə təkcə korsikalılara deyil, onların tarixinə, dilinə kimliklərinə olan hörmətsizlikdir. Bəli, Makron uzaq coğrafiyalara, sərhədlərə dil uzada bilir, amma öz daxilindəki vətəndaşının dilini qadağan edir. Onun cılız siyasəti öz ölkəsi daxilində böyük partlayışlar yaradacaq qədər şişməkdədir. Çünki Fransanın verdiyi qərar təkcə korsikalılar deyil, eyni zamanda Birləşmiş Millətlər Təşkilatı tərəfindən hiddətlə qarşılanıb. BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varen özünün tviter hesabında korsikalıların dilinə edilən qadağa barədə yazıb: "Korsikada yalnız fransız dilinin istifadə oluna biləcəyinə dair hökm ayrı-seçkilik beynəlxalq qanunların pozulmasıdır, çünki ingilis dili dövlət universitetlərində istifadə olunur, lakin Korsika dili qadağandır".

Reallıq odur ki, Makron erməni sevdalısıdır, Azərbaycana kimi dil uzatmaqdansa, daxilində Korsika dilinə hörmətlə yanaşsın. Makron israrla Korsikanı Fransanın ayrılmaz hissəsi hesab edir, eyni zamanda da  onların azadlıqlarını əllərindən almaqla həm dillərini məhv edir. Əslində, Fransa dünyada irqi ayrı-seçkiliyi təbliğ edən, soyqırımı cinayətlərini dəstəkləyən ölkə kimi tanınır. Təkcə XIX əsrdə müstəmləkə mübarizələrində öldürülmüş 18 min döyüşçünü misal çəkmək olar. Belə ki, həmin döyüşçülərin kəllə sümüyü  bu gün Parisin "İnsan muzeyində" saxlanılır. Onlara məxsus kəllə sümüklərinin rəsmi qaydada geri qaytarılması ilə bağlı əlcəzairlilər dəfələrlə Fransaya müraciət etsələr , hələ ki, heç bir tədbir görülməyib. Əslində, Fransanın üzü, dövlətçilik siyasəti bundan ibarətdir. Ermənilərin hüquqlarının müdafiəsinə  qalxan Makron öz daxilində vətəndaşının hüquqlarını kobudcasına pozur. Korsikalıların azadlığı boğulur, dilləri məhv edilir. Bu, Fransa siyasətinin tərkib hissəsidir. Çünki həyata keçirilən bütün qadağa qanunsuzluqlar düşünülmüş şəkildə ssenariləşdirilib. Belə ki, Fransanın bilərəkdən tətbiq etdiyi iqtisadi siyasət adanın yerli ixracını məhv edir nəticədə yoxsul Korsika sakinləri çətin həyat şəraiti səbəbindən adanı tərk edərək Fransaya Amerikaya köçməyə məcbur olurlar. Beləliklə , Fransa Korsika adasında olan dayaqlarını daha da bərkidir adaya təsiretmə gücünü artırır. Lakin heç hər şey fransızların fikirləşdiyi kimi deyil. Korsika adasının sakinləri öz azadlıqları ilə yanaşı, dillərinin təsdiqini təbliğini tələb edirlər. Artıq korsikalılara qarşı edilən haqqsızlıqlar dünya ictimaiyyətinin narazılığına səbəb olub.

Ramidə YAQUBQIZI,

"Respublika".