Körpələr evi-uşaq bağçasının müdiri tərəfindən pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Körpələr evi-uşaq bağçasının müdiri tərəfindən pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Şirvan şəhər 3 nömrəli "Yasəmən" körpələr evi-uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırma ilə qeyd edilən körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərovanın həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

AZƏRTAC