Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Yun Sok Yola
Məktublar

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Yun Sok Yola

Hörmətli cənab Prezident,

Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Koreya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 oktyabr 2022-ci il