Könüllülərlə görüş
Sosial həyat

Könüllülərlə görüş

Gədəbəy Rayon İcra Hakimiyyətində rayonun gənc könüllüləri ilə görüş keçirilmişdir.

Görüşdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısının ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək qeyd etmişdir ki: “Bütün dövlət strukturlarında könüllü gənclər fəaliyyət göstərirlər. “Dövlət Proqramı”nda gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çılxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək nəzərdə tutulmuşdur. Bu yöndə işlər hazırda Gədəbəy rayonunda da uğurla davam edir”.

Görüşdə çıxış edən könüllülər iki ay ərzində İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazandıqlarını, bu təcrübənin onların gələcək əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandıqlarını qeyd etmişlər və onlar üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.

Sonda rayon rəhbəri könüllü gənclərə xüsusi sertifikatlar təqdim etmiş, onlara həyatda və gələcək işlərində uğurlar arzulamışdır.

Vəli VƏLİYEV

“Respublika”.