Konstruktiv danışıqlar davam etdirilməlidir
Siyasət

Konstruktiv danışıqlar davam etdirilməlidir

Son iki ildə Azərbaycan Ermənistan arasında müxtəlif formatlarda danışıqlar baş tutub. Lakin qarşı tərəf daim vəziyyəti çətinləşdirir, təxribatlar törədir. Bunun nəticəsidir ki, sülh danışıqlarında fasilələr yaranır. Rəsmi Bakının mövqeyi bəlli dəyişməzdir. Bizim niyyətimiz sadəcə insanların sülh əmin-amanlıq şəraitində yaşamasıdır. Azərbaycan hər iki dövlətin, həmçinin regionun rifahını düşünür. Lakin Hayastan hələ qeyri-konstruktiv mövqe nümayiş etdirir, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan boyun qaçırır. Paşinyan hakimiyyəti sülhə doğru addım atmayana qədər, təəssüf ki, bölgədə gərginlik davam edəcək.

Ermənistan mütləq şəkildə vandalizm aktlarına son verməli sülh danışıqlarına doğru müsbət addım atmalıdır. Əks təqdirdə bunun sonu heç yaxşı olmayacaq. Çünki istər hərbi, istərsə siyasi cəhətdən ölkəmiz Hayastandan qat-qat güclü irəlidədir. Buna görə Paşinyan hakimiyyəti daha çox insanı gözüyaşlı qoymaqdan əl çəkməli lazımi addımları atmalıdır. Lakin israrla sülhdən boyun qaçırarsa, əlbəttə ki, Azərbaycan da artıq xoşniyyətini bir kənara qoyacaq. Mayın 3- ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib: "Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr var. Bu, Ermənistan, region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün yaxşı olmayacaq. Buna görə biz hələ ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər".

İstər işğal zamanı, istərsə postmüharibə dövründə Azərbaycan xeyli inkişaf edib güclənib. Lakin Ermənistan 44 günlük müharibədə ondan sonrakı 2 ildə daha da zəifləyərək gücdən düşüb.

Hazırda siyasi, hərbi cəhətdən ölkəmizlə mübarizə aparmaq üçün gücləri yoxdur. Lakin hiyləgər dövlət bunu bildiyi üçün gizlin yollara əl ataraq təxribatlara davam edir. Bu il ötən müddət ərzində ondan çox hərbi qulluqçumuz Ermənistan tərəfindən törədilən terror aktları nəticəsində yaralanıb ya həyata gözlərini əbədi yumub. Ölkəmizin ermənilərə qarşı nümayiş etdirdiyi tolerantlığa baxmayaraq, onlar hələ bundan sui-istifadə edir öz çirkin əməllərindən dönmürlər. Prezidentimizin vurğuladığı kimi, əgər İrəvan sülh istəmirsə, bunun əksinə növbəti terror aktlarına hazırlaşırsa, bu zaman 2 il əvvəlki qüdrətli Azərbaycan ordusu ilə bir daha qarşılaşacaq.

Bu günə qədər Brüsseldə çoxsaylı görüşlər keçirilib. Hazırda iki tərəfin ortaq məxrəcə gəlməsi üçün yeni yol xəritələri hazırlanır. Bu baxımdan, ötən günlərdə baş tutan 4 günlük Vaşinqton görüşü xüsusi əhəmiyyət kəsb edir. ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə iki ölkənin XİN başçıları ilə görüş keçirilib. Ceyhun Bayramov Ararat Mirzoyan, həmçinin onlara müşayiət edən nümayəndə heyətinin üzvləri aparılan danışıqlar əsasında Sülh Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə ediblər. Bununla yanaşı, bəzi mövzularda hər iki tərəfin fərqli mövqelərdə qaldıqları bildirilib. Görüş tam olaraq gözlənilən nəticəni verməsə , bundan əvvəlkilərə nisbətən məhsuldar olub. Azərbaycan tərəfinin prinsipial mövqeyinin dəyişməz olması ABŞ tərəfindən bunun dəstəklənməsi Hayastanda əsl xaos yaradıb. Yayılan xəbərlərdə bildirilir ki, Qarabağ məsələsi Azərbaycanın daxili işi kimi qiymətləndirilib, orada yaşayan ermənilər isə etnik-milli azlıq kimi tanıdılıblar. Həmçinin sərhəddəki nəzarət-buraxılış məntəqəsinin Azərbaycanın suveren hüququ olması da Ermənistan tərəfinə çatdırılıb.

Digər önəmli xüsusi əhəmiyyət kəsb edən görüş isə mayın 14- baş tutan Brüssel görüşüdür. Sayca 5-ci olan bu görüşdə bir çox məsələlərdə həll yolu tapılmasa da ciddi addımlar atılıb. İlk növbədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşən ölkə başçımız son dövr Azərbaycan-Ermənistan münasibətləri haqqında da söhbət açıb. 4 saatlıq görüşdən sonra mətbuata açıqlama verən Şurasının prezidenti Şarl Mişel gündəlikdəki bütün məsələləri nəzərdən keçirdiklərini iki ölkənin Cənubi Qafqazda sülhün formalaşmasına dair ortaq mövqedə olduğunu bildirib: "Bu yaxınlarda Birləşmiş Ştatlarda sülh müqaviləsi üzrə aparılan müsbət danışıqlardan sonra Ermənistan Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması sürətləndirilməlidir. Sərhəd məsələsinə gəlincə, biz sərhədin delimitasiyası ilə bağlı irəliləyişləri növbəti addımları nəzərdən keçirdik. Bu kontekstdə liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşlərin bərpası barədə razılığa gəliblər. Liderlər 1991-ci il Alma-Atı Bəyannaməsinə, eləcə Ermənistanın Azərbaycanın müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər".

Görüşün sonunda tərəflər Azərbaycanın 86,6 min kvadratkilometr Ermənistanın 29,8 min kvadratkilometrlik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyiblər. Bu o deməkdir ki, Paşinyan hakimiyyəti Azərbaycanın ən azı 86.6 min kvadratkilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən açıq şəkildə qəbul edib.

Ermənistan gec olsa həqiqətləri qəbul etməyə məhkumdur. Tarixi faktlar göz önündədir. Haylar qədər inkar da etsələr, həqiqəti qəbul etməkdən başqa bir şansları yoxdur.

Töhfə SƏMƏDOVA,

"Respublika".