Konstitusiya Məhkəməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş fotosərgi
Digər xəbərlər

Konstitusiya Məhkəməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş fotosərgi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində mayın 5- Konstitusiya Məhkəməsində ulu öndərin zəngin irsini əks etdirən fotosərgi təşkil olunub.

Tədbirin əvvəlində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin mənalı ömür yolu demokratik-hüquqi dövlət quruculuğu fəaliyyətindən, xalqımız dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından, respublikamızın hərtərəfli inkişafı naminə atdığı addımlardan, müdrik uzaqgörən siyasətindən bəhs etmişdir.

Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev daim Azərbaycan xalqının rifahını düşünərək qəlblərdə sonsuz sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanmışdır. Müstəqilliyimiz məhz ulu öndərin yenidən hakimiyyətə qayıtması nəticəsində əbədi dönməz xarakter almışdır. Vətəninə, xalqına hədsiz məhəbbət ilə bağlı olan bütün mənalı ömrünü dövlətinə xidmətə həsr edən ulu öndərin gördüyü işlərin böyüklüyü zaman keçdikcə daha da dərindən dərk edilir hər bir azərbaycanlı dahi Heydər Əliyevin şəxsiyyətinə, onun qoyduğu dəyərli irsə böyük hörmət ehtiram hissi ilə yanaşır.

Azərbaycan xalqının ictimai-siyasi həyatında mühüm rol oynamış ulu öndər dövlətçilik ənənələrinin yaradılmasında əvəzsiz xidmətlər göstərmiş bununla da adını qızıl hərflərlə Azərbaycan tarixinə yazmışdır. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onun Azərbaycan xalqı dövləti qarşısındakı xidmətləri dərin ehtiram ilə ölkəmizin hər yerində, eyni zamanda onun hüdudlarından kənarda geniş şəkildə qeyd edilir. Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi baxımından belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı Konstitusiya Məhkəməsi öz növbəsində silsilə tədbirlər həyata keçirmiş, o cümlədən Konstitusiya Məhkəməsinin hakimləri Aparatın əməkdaşlarının ulu öndərin çoxşaxəli fəaliyyətinə həsr edilmiş bir sıra məqalələri müxtəlif mətbuat orqanlarında dərc olunmuşdur.

Sədr qeyd etmişdir ki, bu gün ümummilli lider Heydər Əliyevin hüquqi demokratik dövlət quruculuğu xətti yeni dövrün tələblərinə uyğun olaraq dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında sürətlə inkişaf edən dövlətimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövrünü yaşayır torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası müstəqil dövlətçiliyimizin ən mühüm əlamətdar hadisəsi kimi tarixə yazılmışdır. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının qürur mənbəyinə çevrildi, qazanılan tarixi Zəfər milli şüurun, xalq ordu birliyinin təcəssümü oldu.

Qazanılan şanlı Qələbə nəticəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu, eyni zamanda vətəndaşlarımızın bir sıra konstitusiya hüquqlarının bərpası üçün zəmin yarandı.

Sonda vurğulandı ki, bu gün Azərbaycan qlobal proseslərin fəal iştirakçısı olaraq dünya birliyinin bərabərhüquqlu üzvü, söz sahibi olan bir dövlətdir bu cür yüksək nailiyyətlərin əldə edilməsi üçün dövlət başçısı İlham Əliyevin şəxsi nüfuzu, qətiyyəti, siyasi iradəsi, uğurlu daxili xarici siyasəti sayəsində çox böyük ciddi işlər görülüb görülməkdədir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan dövləti xalqı tarixi nailiyyətlərə imza atmaqda bundan sonra da davam edəcək. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi , öz növbəsində müəllifi ulu öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin, insan hüquq azadlıqlarının, habelə ədalət ideallarının müdafiəsi işinə bundan sonra da öz töhfəsini verməkdə davam edəcək.

"Respublika".