Konstitusiya Məhkəməsi Palatasının iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Palatasının iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxılıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-ci maddəsinin qeyd hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 6-na təyin edilmiş iclasında baxılacaq.