Konstitusiya Məhkəməsi Palatasının iclasında Azərbaycan Prokurorluğunun sorğusuna baxılıb
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Palatasının iclasında Azərbaycan Prokurorluğunun sorğusuna baxılıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2-ci, 59.1-ci, 357.1-ci və 357.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 26-na təyin edilmiş iclasında baxılacaq.

AZƏRTAC