Konstitusiya Məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxıb
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının fevralın 1-də növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36, 123 və 130-cu maddələrinin şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 10-na təyin edilmiş iclasında baxılacaq.