Kommunikasiya strategiyasının icrası ilə bağlı işçi qrupun görüşü keçirilib
Digər xəbərlər

Kommunikasiya strategiyasının icrası ilə bağlı işçi qrupun görüşü keçirilib

Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq qərarı ilə təsdiq edilmiş kommunikasiya strategiyasının icrası məqsədilə yaradılan işçi qrupun görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirliyin müxtəlif qoşun növü, müəssisə və təşkilatlarının məsul şəxsləri, eləcə də işçi qrupun üzvləri nazirliyin kommunikasiya strategiyasının təkmilləşdirilməsi istiqamətində görülən işləri müzakirə ediblər.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzda aparılan islahatlar, qazanılan uğurlar və tətbiq edilən yeniliklər barədə məlumatların operativ çatdırılması zəruri informasiya fonunu yaratmaqla ictimaiyyətin maarifləndirilməsini, vətəndaş məmnunluğunu, eləcə də dövlət-xalq-ordu birliyinin möhkəmləndirilməsini təmin edəcək.

Görüşdə təcrübələrin toplanılması və öyrənilməsi, təhlil metodları, qiymətləndirmə və digər mövzulara dair brifinqlər təqdim olunub, nazirliyin kommunikasiya sahəsində prioritet fəaliyyət istiqamətlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

AZƏRTAC