KOB subyektlərinin maliyyə resurslarına çıxışına dair görüş
İQTİSADİYYAT

KOB subyektlərinin maliyyə resurslarına çıxışına dair görüş

KOBİA və Azərbaycan Banklar Assosiasiyası KOB-ların maliyyəyə çıxışı, bu sahədəki çətinliklər və onların həlli yolları, alternativ maliyyələşdirməyə dair fikir mübadiləsi aparıblar.  KOB subyektlərinin maliyyə resurslarına çıxışına dair Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Banklar Assosiasiyası arasında görüş keçirilib. 6 iyun qurumdan verilən məlumatda bildirilir.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və hər iki qurumun nümayəndələri iştirak ediblər.

Agentliyə KOB subyektlərindən maliyyəyə çıxışla bağlı daxil olan müraciətlər, bu sahədə KOB-ların qarşılaşdıqları çətinliklər barədə məlumat verilib, mövcud problemlərin həllinə, alternativ maliyyələşdirməyə dair fikir mübadiləsi aparılıb.

“Respublika”.