Kitabın təqdimatı
Sosial həyat

Kitabın təqdimatı

Şirvan şəhərində “İkinci Qarabağ müharibəsinin Şirvan şəhidləri” kitabının təqdimat mərasimi keçirildi. Öncə Şəhidlər xiyabanında şəhid məzarları ziyarət olundu. Nərmin Yayım Evində keçirilən tədbirə şəhər ictimaiyyətinin nümayəndələri, şəhid valideynləri, ziyalılar, kitabın ərsəyə gəlməsində xidməti olan müəlliflər dəvət olunmuşdular. Mərasim dövlət himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Aynur Fərzəliyeva, kitabın layihə müəllifi Məlahət Əbülfəzqızı, redaktoru Dürdanə Ramazanlı, şəhər ziyalılarının, şəhər İcra Hakimiyyətinin nümayəndələri çıxış edib, “İkinci Qarabağ müharibəsinin Şirvan şəhidləri” kitabının məziyyətlərindən danışıb, əsərin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq bildiriblər.

Mərasimdə bir daha 44 günlük tarixi qələbəmizdə Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, şanlı Ordumuzun döyüş qabiliyyəti barədə fikirlər səsləndi, minnətdarlıq duyğuları ifadə olundu.

Sonda şəhid ailələrinə “İkinci Qarabağ müharibəsinin Şirvan şəhidləri” kitabı təqdim edildi.

Tofiq Hüseyn,

“Respublika”.